​Liviya sahillərində göyərtəsində 90 miqrant olan

Liviya sahillərində göyərtəsində 90 miqrant olan gəmi batıb.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Zuvar liman şəhərinin yaxınlığında baş verib. Dalğalar artıq 10 nəfərin cəsədini sahilə çıxarıb. Ölənlərin Liviya və Pakistan vətəndaşları olduğu müəyyənləşib. Bildirilir ki, faciəyə səbəb gəminin həddən artıq yüklənməsidir.

Liviyanın sahil mühafizə xidməti digər cəsədlərin axtarışlarını davam etdirir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR