Səhiyyə işçiləri üçün istirahət mərkəzi yaradılır

Səhiyyə işçiləri üçün istirahət mərkəzi yaradılır
18:27 10 Yanvar 2015
294 Sosial
Ölkə mətbuatı
A- A+

Qusar şəhəri Heydər Əliyev prospekti 148 ünvanında tikilən mərkəz 2 ha ərazini əhatə edir
Qusarda səhiyyə işçiləri üçün istirahət mərkəzinin inşasına 2013-cü ilin iyun ayından başlanılıb. Burada qazanxana, su anbarı və idman zalı inşa olunub. 36 yerlik mehmanxana binası isə restavrasiya edilib. Otaqlarda tibb işçilərinin istirahəti üçün bütün lazımi imkanlar yaradılıb. Bina müasir işıqlandırma və istilik sistemi, lift, kondisioner, sürətli internetlə təmin olunacaq.

Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sifarişi ilə tikilən istirahət mərkəzinin inzibati binası da artıq hazırdır. Burada idarəetmə otaqları ilə yanaşı, məşq zalı və 3 VİP nömrə də yerləşir. Yeməkxana və konfrans zalının inşası isə davam etdirilir. İstirahət Mərkəzinin həyətyanı sahəsində çox sayda müxtəlif ağaclar əkilib, ərazidə yaşıllıq zolağı yaradılacaq. İstirahət Mərkəzi bu ilin may ayında tibb işçilərinin istifadəsinə veriləcək.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR