10 yaşlı qız özünü partlatdı

10 yaşlı qız özünü partlatdı
18:41 10 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada güclü partlayış törədilib.

ANS PRESS-in məlumatına görə, Nigeriyada 10 yaşlı kamikadze-qız üzərindəki partlayıcı qurğunu işə salaraq terror aktı törədib.

Partlayış nəticəsində 10 nəfər ölüb. Xeyli yaralı var.

Son məlumatlara görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri və yerli sakinlər terror aktının qurbanı olub. Partlayış insanların sıx olduğu yerdə - bazarda törədilib.

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Ehtimal edilir ki, terroru “Boko Haram” qruplaşması həyata keçirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR