Azərbaycanda avtomobil sahiblərindən texniki baxış zamanı yol vergisinin ödənilməsi barədə sənədin tələb edilməsi dayandırılıb

18:47 10 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 18:43 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 2 ay müddətində təmin edib prezidentə məlumat vermək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 2 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.


Nazirlər Kabineti həmçinin avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etməlidir, eyni zamanda aidiyyəti dövlət orqanları ilə birlikdə, bu qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görməlidir və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə prezidentə məlumat verməlidir.

 

Öz növbəsində Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir, Vergilər Nazirliyi isə 1 ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirməlidir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR