Prezident 3 məmuru işdən qovmaqla hədələdi

Prezident 3 məmuru işdən qovmaqla hədələdi
18:51 10 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov bu gün hökumətin 2014-cü ilin yekunlarına həsr edilmiş iclasında ümumilikdə 11 vəzifəli şəxsə töhmət verib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı üç məmura - Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Annaməhəmməd Qoçuyevə, su təsərrüfatı naziri Səidmurad Taqanova və Dövlət Heyvandarlıq Birliyinin sədri Amanməhəmməd Muradova sonuncu dəfə xəbardarlıq edib.

Prezident deyib: "Əgər onlar işlərindəki çatışmazlıqları yaxın vaxtlarda düzəltməsələr işdən qovulacaqlar."

Bundan başqa, Q.Berdiməhəmmədov baş nazirin kənd təsərrüfatı üzrə müavini Annagəldi Yazmıradova, maliyyə naziri Məhəmmədqulu Məhəmmədova, iqtisadi inkişaf naziri Vepu Abdulxekimova, əmək və əhalinin sosial müdafiəsi naziri Beqmurat Şamuradova, təhsil naziri Gülşad Məmmədova, səhiyyə və tibb sənaye naziri Nurməhəmməd Amannepesova, dövlət vergi xidmətinin sədri Şatlık Xummədova və Aşqabadın meri Rəcəbgəldi Nurməmmədova ciddi tənbeh edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR