Dərbənd azərbaycanlıları mitinq keçirdi

Dərbənd azərbaycanlıları mitinq keçirdi
18:59 10 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Dərbənddə bu şəhərdə yaşayan azərbaycanlılar mitinq keçirib. Lent.az-ın məlumatına görə, soydaşlarımz şəhərin qədim Baba Məscidin meydanına yığılaraq son günlər şəhərdə baş vermiş olaylara öz etirazını bildiriblər.

 

Məlumata görə,  mitinqdə çıxış edənlər Dərbəndin şəhər meri İmam Yaraliyevin istefasını tələb ediblər.  Dərbənd azərbaycanlıları Nizami Gəncəvinin heykəlinin yandırılması, Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev heykəlinin sındırılması, tanınmış dini xadim Seyid Mir Qafar ağanın qəbrinin təhqir edilməsinə görə, şəhərin meri Yaraliyevi suçlayıblar.

 

Aksiya iştirakçıları şəhər merindən Dərbənddə sosial problemlərin həll edilməsini də tələb ediblər.

Mitinq keçirilən ərazi polis və OMON mühasirəsində olsa da, aksiyaya müdaxilə edilməyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR