Marsda həyat izləri tapıblar

Marsda həyat izləri tapıblar
19:17 10 Yanvar 2015
278 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az AzərTAC-a istinadən bildirir ki, marsoxod Curiosity Yer kürəsinə Qırmızı planetin səthindən alimləri getdikcə daha çox təəccübləndirən şəkilləri göndərməkdə davam edir.
 
İnforming xəbər verir ki, sonuncu fotoşəkillər Marsda həyat izlərini tapmalarına əvvəlki tək ümid edən geobioloqları heyrətləndirib. Mütəxəssislər fotoqrafiyaları təhlil ediblər və onlarda Yer planetində olan sianobakterial örtüklərin “tikintilərini” xatırladan strukturu müşahidə ediblər.
 
Alimlərin fikrincə, Curiosity belə “qəsəbələr”i o yerdə müəyyən edib ki, həmin yerdə ola bilsin ki əvvəl göl varmış. İstisna deyil ki, keçmişdə Marsda mikroorqanizmlərin fəallığı müşahidə olunub.
 
İnforming portalı bildirir ki, aşkar edilmiş MİSS adlanan “qəsəbələr” Marsda həyatın mövcudluğuna birmənalı cavab vermir. Tamamilə mümkündür ki, bu, torpağın aşınması və ya duzların təsiri ilə yaranmış sadəcə struktur olsun.
 
Bu məsələni incələmək üçün Mars süxurlarını əlavə tədqiq etmək lazımdır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR