Türkiyənin Hakkari vilayətindəki Yüksəkova rayonunda yaşayan 4 bacı-qardaşın acı yaşamını oxuduqları məktəbin rəhbərliyi ilə müəllimlər təsadüəfən biliblər.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, bacı-qardaşların məktəbə gəlmədikləri görən müəllimlər onların evinə yollanıblar.
Uşaqların anası, 38 yaşlı Əminə Sevgi deyiö: "Övladlarımın gödəkçələri və ayaqqabıları yoxdur. Bu səbəbdən də hamısı eyni gündə məktəbə gedə bilmirlər".
Bunu eşidərək təsirlənən müəllimlər öz pulları ilə uşaqlara isti gödəkçələr ə ayaqqabılar alıblar.
7 yaşlı Kövsər, 11 yaşlı Ümid, 13 yaşlı Nursel və 14 yaşlı Übeyn Sevgilər dünən məktəbə yollanıblar.
Sevgi ailəsində 6 uşaq var.
Milli.Az