"Hebdo" Lavrovla Poroşenkonu bir araya gətirir

"Hebdo" Lavrovla Poroşenkonu bir araya gətirir
19:27 10 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə keçiriləcək birlik yürüşündə Rusiyanın rəsmi nümayəndələri də iştirak edəcək.

Bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat verib. Rusiyadan olan iştirakçılara elə bu ölkənin xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Məhz buna görə o Fransaya qısamüddətli səfər edəcək.
 
 
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, yanvarın 11-də Parisdə son terror hadisələrinin qurbanlarını anmaq üçün Ümumrespublika Birlik Yürüşü keçiriləcək.
 
 
Tədbirdə fransanın ayrı-ayrı siyasi liderləri ilə yanaşı xarici ölkələrin rəsmiləri də iştirak edəcəklər.

Yürüşdə həmçinin Ukraynanın prezidenti Petro Poroşenko da iştirak edəcək. Bu haqda o öz twitter hesabında yazıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/52566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR