İmam Cəfər Sadiq (ə) buyurub...

İmam Cəfər Sadiq (ə) buyurub...
19:42 10 Yanvar 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

“İnsanlara edilən ehsan (yaxşılıq) bu üç xasiyyət olmadan kamala yetməz: ehsanda tələsmək, etdiyin çox ehsanı az görmək və bunun üçün camaata minnət qoymamaq”.
 
“Bu üç xasiyyət hər kimdə olsa, imanı kamil olar: qəzəblənərkən qəzəbi onu haqdan uzaqlaşmağa vadar etməsin; bir şeyi xoşlayarkən bu sevgi onu günaha aparmasın; qüvvəsi və imkanı olduğu halda ona edilən pisliyi bağışlasın”.
 
“Sizlərdən heç kim, ona ən yad (uzaq) olan adamı Allaha iman gətirdiyinə və onun əmrlərini icra etdiyinə görə sevməyincə, özünə ən yaxın (doğma) olan adamı da Allaha düşmən olduğuna və onun hökmlərinə qarşı çıxdığına görə düşmən saymayınca imanın həqiqətini duymaz”.
 
“Mömin tərəzinin gözləri kimidir. Nə qədər imanı artsa, çətinlik və bəlaları da o qədər çoxalar”.
 
“Allah üç dəstəyə qarşı əks çıxmağa heç kimə icazə verməz:
 
Valideyn yaxşı və pis olsalar da, onların barəsində yaxşılıq etmək.
 
Yaxşı ya pis adam olmasına baxmayaraq, hər kəslə bağladığı əhdə vəfa etmək.
 
Yaxşı ya pis adam olmasına baxmayaraq, hər kəsin əmanətini qaytarmaq”.
 
“Allah hər an fərqli rəngə boyanan və fikrini dəyişən hərdəmxəyal adamın düşmənidir. Heç zaman haqdan və haqq əhlindən uzaq düşməyin. Hər kim batilə və batil əhlinə meyl etsə, dünya əlindən çıxar, tam rəzil və xar halda axirət aləminə köçər”.
 
“Hətta Əlinin başına qılınc vurub onu şəhid etmiş adam mənə əmanət tapşırsa və ya məndən nəsihət istəsə yaxud mənimlə məşvərət etsə və mən buna razı olsam, mütləq onunla doğru-düzgün davranaram və əmanətini qoruyaram”.
 
O həzrətdən ən gözəl əxlaqi keyfiyyətlər barədə soruşdular. Cavab verdi: “Səndən uzaq gəzən adamla mehribanlıq et. Sənə qıymayana bəxşiş ver. Sənə pislik edənə yaxşılıq et. Səni söyənə salam ver. Sənə zülm edənlə insaflı davran. Səni incidəni bağışla”.
 
“Hər kim namazının Allah tərəfindən qəbul edilib-edilmədiyini bilmək istəsə, fikir versin ki, namaz onu pisliklərdən uzaqlaşdırır ya yox? Hər kimin namazı onu günahdan nə qədər çəkindirirsə, deməli, ilahi dərgahda namazı o miqdarda qəbul olub”.
 
“Möminə elə bir məclisdə iştirak etmək yaraşmaz ki, orada Allaha qarşı günah edilsin və həmin məclisi dağıtmağa onun imkanı olmasın”.
 
“Atanızla yaxşı davranın ki, övladlarınız da sizinlə yaxşı davransınlar. Özgəsinin qadınları ilə iffətli davranın ki, öz qadınınızın da iffəti qorunmuş olsun”.
 
“Hər kim vacib namazı səhlənkarlıq üzündən vaxtında qılmasa, vaxtı bitdikdən sonra onu qəza etsə, həmin namaz qaranlıq içində uca səmaya yüksələr və dil açıb belə deyər: “Allah səni xar etsin, necə ki sən məni zay etdin”.
 
“Hər kim sübh və məğrib namazlarından sonra yeddi dəfə “La hovlə və la qüvvətə illa billahil-əliyyil-əzim” desə, 70 növ bəladan amanda qalar ki, bu bəlaların ən yüngülü dəlilik, cüzam və qoturluqdur”.
 
“Günəş şüaları buzu əritdiyi kimi gözəl əxlaq da günahları məhv edər. Əksinə, sirkə balı korladığı kimi pis xasiyyət də savabları xarab edər”.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR