iTunes-un ad günüdür

iTunes-un ad günüdür
20:05 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2001-ci il yanvarın 9-da ABŞ-ın Apple şirkəti iTunes proqramını (musiqini yadda saxlamağa və səsləndirməyə imkan verən tətbiq) təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu proqram ilk öncə yalnız Mac OS əməliyyat sistemi (ƏS) üçün əlçatan olub, amma zamanla Windows ƏS-də işləyən yeni versiyası təqdim edilib. Bu gün iTunes vasitəsilə tətbiq, musiqi, video, kitab mağazasına giriş əlçatandır. Proqramın köməyi ilə iPad, iPod və iPhone qurğularındakı məzmunu idarə etmək olar.
 
28 aprel 2003-cü il tarixində iTunes Music Store (biri 99 sentdən 200 min musiqidən ibarət virtual mağaza) istifadəyə verilib. Həmin ilin dekabrınadək iTunes Music Store virtual mağazasından yükləmələrin sayı 25 milyona çatıb. 2006-cı ilin fevralında isə milyardıncı musiqi yüklənilib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/318156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR