Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə

Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 2017-ci ilin dekabr ayı ilə müqayisədə 82,8 faiz çox olmaqla, 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb.

Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi vətəndaşlara bu sahələr üzrə dövlət xidmətlərindən məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə istifadəyə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, həmin e-xidmətlərə əhali tərəfindən böyük maraq özünü göstərir və onlardan istifadə statistikası hər ay artmaqda davam edir.

Müraciətlərin sayında ən çox artım “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti üzrə olub. 2017-ci ilin 01 aprel tarixindən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair yeni vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə əlaqədar istifadəyə verilən, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına imkan verən bu e-xidmətə ötən ay əvvəlki ayla müqayisədə 16,5 dəfə çox, yəni 394 700 dəfə müraciət olunub. Həmçinin yanvar ayında əvvəlki dekabr ayı ilə müayisədə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 37,1 faiz çox olmaqla 310 278 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 38,9 faiz çox olmaqla 32 374 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 18,9 faiz çox olmaqla 29 570 dəfə istifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “İş yerinə dair arayış”, “Pensiyaçıya məlumatların verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətləri də geniş istifadə olunmaları ilə seçilirlər.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçusu ölüb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR