Qaynar Lexus-un sirri - FOTO

Qaynar Lexus-un sirri - FOTO
20:17 10 Yanvar 2015
208 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yapon premial brendi Lexus 2016-cı ilin GS F “qaynar” sedanını rəsmi olaraq məxvilikdən çıxardıb. 467 at güclü 5,0 litrlik V8 atmosfer mühərriki ilə təchiz edilmiş avtomobil arasında BMW M5, Mercedes-Benz E63 AMG, Jaguar XFR-S və Cadillac CTS-V kimi modellərin olduğu “qaynar” rəqibləri ilə rəqabət aparmağa hazırdır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Lexus GS F “qaynar” sedanın ictimai təqdimatı bir neçə gündən sonra Detroyt beynəlxalq avtosalonunda nəzərdə tutulub. Mətbuat üçün rəsmi açıqlamaya görə avtomobilin təchiz olunduğu səkkiz silindrli atmosfer bloku 467 (475) a.g. və 389 Nm fırlanma anı hasil edir. Bu Lexus şirkəti pərəstişkarları üçün o qədər də sevindirici xəbər deyil. Belə ki, 2016-cı ilin Lexus GS F “qaynar” sedanı kağızda yuxarıda adları çəkilən rəqiblərinin hamısından geri qalır. Məsələn, BMW M5 – 560 a.g., Mercedes-Benz E63 AMG – 550 (557) a.g., yeni Cadillac CTS-V – 640 a.g. ( 855 Nm) hasil edirlər.Razılaşaq ki, 467 at gücü açıq-aşkar azdır. “Qaynar” Lexus GS F sedanın dinamik göstəriciləri açıqlanmayıb.
 
Dizayna gəldikdə isə etiraf etməliyik ki, Lexus GS F sedan yaraşıqlı və estetikdir. Avtomobil proqressiv torlu radiator barmaqlığı, işıqdiod optikası və bumeranq formalı gündüz hərəkət işıqları əldə edib. Yeni aerodinamik elementlər sedana həqiqətən aqressiv və idmansayağı xarici görünüş bəxş edib. Lakin bir çox mütəxəssislərin qeyd etdiyi kimi Lexus GS F sedan bir çox şeydə şirkətin əvvəlki modellərini təkrar edir. Digər tərəfdən onun tamamilə yeni bir maşın olacağını da heç kim deməmişdi.
 
Lexus GS F 2016 qaynar “sedanın” salonu karbon və alkantara ilə işlənib. Bundan başqa sedan idman kürsüləri, xüsusi işlənib hazırlanmış asqı və gücləndirilmiş şassi əldə edib.
 
Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR