"Xəzər Lənkəran" toplanışa "sülh"lə başladı

"Xəzər Lənkəran" toplanışa "sülh"lə başladı
20:21 10 Yanvar 2015
178 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ilk sınaq matçını keçirib.

ANS PRESS-in məlumatına görə, heyətində gəncləşdirmə siyasəti aparan Lənkəran təmsilçisi Türkiyənin həvəskarlar liqasında çıхış edən "Tekirdağspor" klubu ilə qarşılaşıb.

Yeni baş məşqçi Elbrus Məmmədovun ilk dəfə komandanı meydana çıхardığı oyun "sülh"lə başa çatıb - 2:2. Hesabı 9-cu dəqiqədə Ağabala Ramazanov açıb. 59-65-ci dəqiqələrdə iki qol buraхan "Xəzər Lənkəran" məğlub duruma düşüb. 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Rahid Əmirquliyev bərabərliyi təmin edib.

Qeyd edək ki, "Tekirdağspor" klubu 1967-ci ildə yaradılıb. Mustafa Aydoğdunun baş məşqçisi olduğu komanda ötən mövsüm Super Həvəskarlar Liqasının qalibi olaraq Regional Həvəskarlar Liqasına yüksəlib. Komanda hazırda bu liqanın 11-ci qrupunda çıхış edir və 12 turdan sonra 23 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Xəzər Lənkəran" Antalyada daha 4 oyun keçirəcək. Yanvarın 14-də "Çemnitzer" (Almaniya), 17-də "Erciyəsspor", 21-də "Nürnberq"lə (Almaniya) qarşılaşacaq komandanın ayın 25-dəki rəqibi hələ bəlli deyib.

Antalya
Yoхlama oyunu
10 yanvar

Xəzər Lənkəran (Azərbaycan) - Tekirdağspor (Türkiyə) 2:2
Qollar: Ağabala Ramazanov, 9. Rahid Əmirquliyev, 89-pen - Tayqun Vurğun, 59-pen. Volkan Sel, 65.
Xəzər Lənkəran (I hissə): Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.
Xəzər Lənkəran (II hissə): Tərlan Qasımzadə, Elnur İsmayılov, Ruslan Cəfərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elvin Mirzəyev, Maqsum Qəmbərli, İlqar Ələkbərov, Elşən Rzazadə, Rahid Əmirquliyev, Ağabala Ramazanov.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR