“Facebook” da yenilik

“Facebook” da yenilik
20:31 10 Yanvar 2015
183 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən iri sosial şəbəkələrindən biri - “Facebook” 2015-ci il yanvarın sonunda şəxsi videoservisini işə salacaq.

ANS PRESS-in məlumatına görə, servis pleylistlərinin formatı və strukturu populyar “YouTube” videohostinqin pleylistlərinə oxşayacaq.

Birlik və qrup moderatorlarının videoyazıları və onların məzmununu redaktə etmək imkanı olacaq. Bütün videolar müəyyən mövzular üzrə yerləşəcək. “Facebook” istifadəçilərinin istənilən videoçarxa baxmaq, habelə layk qoymaq və onlayn şərhlər yazmaq imkanı olacaq. İstifadəçi “YouTube”da olduğu kimi, öz ekranında əsas çarxın özünü və əlavə çarxların siyahısını görəcək.

Hazırda şirkətin mütəxəssisləri yeni xidməti testdən keçirirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318945

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR