Namazdan sonra niyə müxtəlif tərəflərə dönürlər?

Namazdan sonra niyə müxtəlif tərəflərə dönürlər?
20:42 10 Yanvar 2015
247 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, namazdan sonra oxunan qısa ziyarətnamə əsasən 3 hissədən ibarət olur.

Bu ziyarətnamələrin birincisi İmam Hüseynə (ə), ikincisi İmam Rzaya (ə), üçüncüsü isə İmam Mehdiyə (ə) ünvanlanır. İmam Hüseyn (ə) ziyarətnaməsini Bakıdan qiblə istiqamətinə yaxın bucaqda yerləşən Kərbəlaya sarı (İmam Hüseyn bu şəhərdə dəfn edilib) üz çevirərək oxuyurlar.

İmam Rza (ə) ziyarətnaməsi üçün üzlərini o həzrətin məzarı yerləşən Məşhədə sarı, yəni qiblədən sola çevirirlər. İmam Mehdi (ə) Məkkədə zühur edəcəyi üçün, o həzrətin də ziyarətnaməsini qiblə istiqamətinə qayıdaraq oxuyurlar.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR