Holland ulduz futbolçu Bakı klubunun düşərgəsində

Holland ulduz futbolçu Bakı klubunun düşərgəsində
21:06 10 Yanvar 2015
179 İdman
Ölkə mətbuatı
A- A+

Holland futbolçu Ruben Şaken Bakı "İnter"inin düşərgəsinə gəlib.

ANS PRESS-in məlumatına görə, Hollandiya yığmasının sabiq üzvü bu gün Antalyada komandaya qoşulub.

Klubun rəsmi saytının məlumatına görə, onunla yarımmüdafiəçi həkim müayinəsindən sonra müqavilə imzalanacaq.

Qeyd edək ki, Şaken 5 ilə yaхın formasını geyindiyi "Feyenoord"la yollarını bu günlərdə ayırıb. O, əvvəllər "Kambuur", "Veendam" və "Venlo" klublarında oynayıb. 2012-2013-cü illərdə Hollandiya millisinə çağırılan futbolçu 7 oyunda 2 qola imza atıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR