Audi yeni mühərrik aldı - FOTO

Audi yeni mühərrik aldı - FOTO
21:17 10 Yanvar 2015
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Las-Veqasdakı istehlak elektronikası sərgisində “Audi” şirkəti “Prologue (A9)” modelinin yenilənmiş prototipini təqdim etdi. Avtomobilin xarici görünüşü dəyişib, yeni güc qurğusu və avtonom idarəetmə sistemi alıb. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, modelin nə vaxt seriyaya buraxılacağı barədə alman şirkəti yenə də məlumat vermir. Konsept-kar hibrid qurğusu ilə hərəkətə gəlir. 
 
Onun tərkibinə 4,0-litrlik TFSI benzin mühərrik və elektrik mühərriki daxildir. Mühərrikin 677 a.g., 950 Nm fırlanma anı verir. Belə mühərriklə avtomobil yerindən 100 km/saata 3,5 saniyəyə çatır. 
 
Yeniliyin “Audi Prologue”-un əvvəlki versiyasından ilə daha bir nəzərəçarpan fərqi var – avtonom idarəetmə sistemi. Yeni A7 və A8 kimi, yenilik də 60 km/saat sürətlə sürücünün köməyi olmadan hərəkət edə bilər. 
 
Lazerlər, skanerlər və digər göstəricilər avtomobilin qarşısında olan maneələri görməyə imkan verir və zamanında hərəkət xəttini dəyişir. “Audi Prologue” brendin indiki modellərindən “Matrix” optikası, trapesiya şəkilli radiator barmaqlığı, qabaq spoylerlər, 22-düymlük təkər diskləri və kupeni xatırladan ban ilə fərqlənir. 
 
Avtomobilin qapıları elektromexaniki cihazla açılır – “Audi”-nin mühəndisləri ənənəvi qapı tutacaqlarından imtina etməyə qərar veriblər. 
 
Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR