Gələcək Parisdən möhtəşəm görüntülər (FOTO)

Gələcək Parisdən möhtəşəm görüntülər (FOTO)
21:41 10 Yanvar 2015
307 Dünya
Ölkə mətbuatı
A- A+

Vinsent Kallebo adına memarlıq bürosu yeni futuristik layihə təqdim edib. Layihə Fransa paytaxtında tikiləcək.

Memarların əsas götürdüyü faktor qlobal istilik və çirklənmə ilə mübarizədir. Enerji-iqlim planına əsasən 2050-ci ilə Parisdə karbon qazının səviyyəsi 75% aşağı düşməlidir.

Belə optimistik proqnozun nəticələrindən ilhamlanmış Vinsent Kallebo studiyasının memarları hansı innovativ tikililərin hesabına bu arzu reallıq ola biləcəyini təqdim ediblər. Kompleks bir neçə böyük yaşayış və ictimai massivindən ibarət olacaq. Burada yeraltı dayanacaq, supermarket və yeni körpülərin tikintisi planlaşdırılır. Layihə özünə Parisin müxtəlif rayonlarda yerləşən, bir-biri ilə xüsusi körpülərlə birləşən fərqli hündür binaları daxil edir.















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR