Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib
14:22 13 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 33 dövlət əmlakı özəlləşdirilib.
Bunlardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir.
Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə isə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi sahibini tapıb.
Əmlaklardan 7-si üzrə 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-33-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR