Həbsxanada məhkumu cinsi əlaqə köləsi etdi

ABŞ-ın Kaliforniya ştatında yerləşən San Quentin dövlət həbsxanasında dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, bir nəfəri öldürmək və oğurluq cinayətlərindən ömür boyu həbs cəzasına məhkum edilən 57 yaşlı Uilyam Kordova adlı məhkum həbsxanadakı qadın nəzarətçinin cinsi istismarına məruz qaldığını açıqlayıb.

Kordova ilk dəfə Silviya Pulido ilə 2010-ci ildə əlaqəyə girdiklərini deyib:

"Vəkillərimə pul ödəyəcəyini deyərək mənimlə birlikdə olurdu".

Cinsi əlaqə köləsinə çevrildiyini bildirən məhkumla bağlı cinayət işi açılıb. Məhkəmənin dünən nəticələnən yekun qərarı ilə məhkum 65 min dollar təzminata haqq qazanıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR