Özbəklərdən sensasiyalı qələbə

Özbəklərdən sensasiyalı qələbə
22:05 10 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Avstraliyada keçirilən Asiya kubokunun ilk turunda Özbəkistan milli komandası sensasiyalı qələbə qazanıb.
 
Milli.Az qol.az-a istinadən bildirir ki, B qrupunda mübarizə aparan özbəklər qrupda birinci oyununu yarışın favoritlərindən olan Cənubi Koreyaya qarşı keçirib. Oyun Mircəlal Qasımovun komandasının 1:0 hesablı qələbə ilə başa çatıb. Yeganə qolu 62-ci dəqiqədə İqor Sergeyev vurub.
 
B qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Çinə 0:1 hesabı ilə uduzub. Bir turdan sonra Özbəkistan və Çin 3 xalla turnir cədvəlinə başçılıq edirlər.
 
Qeyd edək ki, yanvarın 9-da başlanan Asiya kuboku uğrunda yarışa bu ayın 31-də yekun vurulacaq.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/52493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR