İraqda İŞİD-in izlərini silmək üçün 88 milyard dollar lazımdır

İraqda İŞİD terror qruplaşması ilə mübarizə nəticəsində dağılan infrastrukturu bərpa etmək üçün 88 milyard dollar lazımdır.

Metbuat.az-ın məlumatına görə, insanların rahat yaşamasını təmin etmək və vacib problemləri aradan qaldırmaq üçün ilk mərhələdə 22 milyard dollar tələb olunur. Digər problemlər isə ikinci mərhələdə yəni bir neçə ildən sonra aradan qaldırıla bilər.

Qeyd edək ki, İŞİD terrorçuları ilə mübarizə zamanı daha çox Mosul əyalətinə ziyan dəyib. Bu bölgədə 12 minə qədər mənzil tamamilə dağılıb. 35 min evə qismən ziyan dəyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR