Play Store

London məhkəməsi Culian Asanjın həbsinə dair orderi qüvvədə saxlayıb

Londonun Vestminster rayonunun Magistrat məhkəməsi “WikiLeaks” saytının yaradıcısı Culian Asanjın həbsinə verilən orderi qüvvədə saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə müvafiq qərar fevralın 13-də hakim Emma Arbutnot tərəfindən çıxarılıb.

Müdafiə Assanjın işinin “düzgün informasiya vermək və söz azadlığı uğrunda mübarizədən” ibarət xüsusi ictimai maraq daşıdığında israr edib. Vəkillər bu işlə əlaqədar təhqiqatı dayandıran İsveç hökumətinin qərarını əsas gətirərək orderin ləğvinə çalışıb. Ekstradisiya əleyhinə şəhadətnamə və digər əlavə dəlillər məhkəməyə təqdim olunsa da, hakim tərəfindən rədd edilib.

Qeyd edək ki, Assanj “WikiLeaks” saytının fəaliyyəti ilə əlaqədar İsveç hökumətinin onu ABŞ-a ekstradisiya edəcəyindən qorxaraq 2012-ci ildən Ekvadorun Londondakı səfirliyində gizlənir. O, səfirliyin ərazisini tərk edərsə, Britaniya polisi tərəfindən həbs olunacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR