Astarada reyd keçirildi: 50-dək avtomobil saxlanıldı

Astarada reyd keçirildi: 50-dək avtomobil saxlanıldı
02:38 14 Fevral 2018
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən istismar müddəti bitmiş və texniki cəhətdən nasaz idarə olunan nəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, reyd əsasən rayonun Siyəkü və Vaqo kənd yollarında, eyni zamanda Ələt-Astara avtomobil yolunun 219-cu km-də baş tutub.

Bir neçə saat davam edən yoxlamalar zamanı 50-ə yaxın avtomobil saxlanılıb, 30-dək sürücü məsuliyyətə cəlb edilib.

Reyddə texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər müəyyən olunaraq barələrində tədbir görülüb. Avtomobilləri isə cərimə meydançasına aparılıb.

Yollarda sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə keçirilən bu kimi reydlər bundan sonra da davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/231130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR