Boyuk tehluke ile uz-uzeyik

Boyuk tehluke ile uz-uzeyik
22:11 10 Yanvar 2015
545 Sosial
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla Is uzre Dovlet Komitesinin sedri Mubariz Qurbanli modern.az saytina musahibe verib.

Hemin musahibeni teqdim edirik:

- Bir nece gun once, Fransanin “Charlie Hebdo” jurnalinin redaksiyasina edilen terror hadisesine munasibetinizi bilmek isterdik...

- Hadiseye bizim munasibetimiz dovletimizin resmi movqeyidir. Dovletimizin movqeyi cenab Ilham Eliyev terefinden cenab Ollanda gonderilen bassagliginda ifade olunub. Butun hallarda terroru pisleyirik. Fransada toredilen terror hadisesini de pisleyir ve bu cur hallarin yolverilmez oldugunu qeyd edirik.

- Qerb olkelerinde Islam dunyasina, peygenberimize qarsi tehqiramiz hereketlerin neticesi olaraq bu cur terror hadiseleri tez-tez heyata kecirilir. Bu cur hallarin tekrarlanmamasi ucun Qerb dovletleri ne etmelidir?

- Istenilen dini temsil eden radikal qruplar var. Hemin radikal qruplar oz meqsedlerine catmaq ucun terrordan istifade edirler. Terrorla meqsede catmaq beseriyyet, insanliq eleyhinedir. Amma biz terrorun yaranma sebeblerini arasdiraraq onu da aradan qaldirmaliyiq. Azerbaycan ermeni terrorundan eziyyet ceken olkedir. Azerbaycan resmi suretde beynelxalq miqyasda terrorizme qarsi koalisiyasinin uzvu olan olkedir. Terrorun yaranmasinin sebebleri ise muxtelifdir. Bunu aradan qaldirmaq ucun beynelxalq munasibetlerde, beynelxalq sistemde edalet berqerar olmalidir. Beynelxalq teskilatlarin cixardigi qerar hami terefinden qebul edilerek yerine yetirilmelidir. Dunyada irqler, milletler, xalqlar arasinda ferqlerin keskin sekilde artmasina imkan vermemelidir. Butun bunlar terroru yaradan sebeblerdir. Iqtisadi, siyasi, medeni gerilik, inkisafdan qalan olkelerde bas veren savadsizliq munbit serait rolunu oynayir. Qerbin tebligat masininda ciddi duzelislere ehtiyac var. Qerb olkelerinde, xususile xristian dovletlerinde islamafobiya o dereceye catib ki, islamafobiya xesteliyine tutulmuslar Islam muqeddeslerini tehqire el atirlar. Islamin muqeddes kitabi “Qurani-Kerim”e qarsi tehqiramiz hereketler edirler. Haminin yadindadir, Amerikada bir kesis “Quran”i yandirir, bunu da televiziyalar gosterirdiler. Elbette, bu cur hallar islam dunyasinda qiciq yaradir.

Eyni zamanda dunyamiz bu gun boyuk tehluke ile uz-uzedir. Bu nuve muharibesi tehlukesi deyil, hem de medeni deqredasiyadir, dinden sui-istifadedir, muxtelif fobiyalardir. Butun bunlar irqi, milli, dini toqqusmalara serait yarada biler. Fransada bas veren hadisede peygemberin karikaturasinin cekilmesi sehvdirse, ikincisi, hemin sehv novbeti qanli bir sehve - terrora getirib cixarir. Onlar karikatura cekmekle sehve yol vermisdilerse, ikinciler de silaha el atmaqla daha kobud sehve el atmis olurlar. Bunlarin qarsisini almaq ucun dialoq olmalidir. Maariflendirme guclendirilmelidir. Fransa kimi coxlu medeniyyetlerin bir arada oldugu olkede konfensiyalararasi elaqelerin guclenmesine ehtiyac var. Butovlukde dunyada sabitliyi istemeyen qruplar vardir ki, onlar suyu bulandiraraq oz maraqlarini heyata kecirmek isteyirler. Bu gun Yaxin Serq od icindedir. ISID, Taliban, El-Qaide - bunlar muxtelif hallarda adlari cekilen qruplardir. Bu gun en azindan 30 olkede muharibeler gedir qan tokulur. 12 munaqise yalniz dini zeminde bas verir. 2-3 ilden bir Islam dunyasina qarsi bu cur karikatura siyasetini gormekdeyik. Bunun neticesinde yaxinlasma evezine qarsidurma goruruk. Qizisdirici hereketlere yol vermemek ucun Qerb mediasinda ciddi isler getmelidir.

Serqde de xristian deyerleri, ovliyalari tehqir edilirse, bu da yolverilmezdir. Dunyada vahid ortaq mexrece gelmenin zamani coxdan yetisib. Fransada bas veren hadise hami terefinden pislenilir. Bu cox dramatik ve aci bir hadisedir.

- Fransada bas veren terror hadisesinin Azerbaycanda radikal qruplar terefinden desteklenmesi hallari bas qaldira bilermi?

- Bizim xalqin intellektual seviyyesi yuksekdir. Biz her hansi Qerb dunyasinda hansisa dairelerin sifarisi ile siyasi karikatura siyasetinden, fitnekarligindan istifade edenlerin toruna dusen xalqlardan deyilik. Biz peygemberimize qarsi olan hereketleri hemise pisleyirik. Amma bu hereketlerden qiciqlanaraq oz olkemizde hansisa hereketler edek addimlar atmaq bize xas deyil. Bizim xalq bu hiyle-fesadin arxasinda kimlerin dayandigini bilir. Qerbin bezi merkezlerinde Islam dinine qarsi yaradilan fitne-fesadlarin ne meqsedle edildiyi bizim xalqa aydin olduguna gore bizim mekan ucun qiciq yaratsa da, hansisa qarsidurma ehtimali olan mekan deyilik. Azerbaycandaki bezi radikal qruplara geldikde, onlara heqiqeten de qrup deyirem. Cunki onlar o derecede azdir ki, iqtisadi-sosial dayaqlari yoxdur, zeifdir. Onlarin iqtisadi dayaqlari cokdurulmekdedir. Eyni zamanda, inzibati yolla ve ideoloji sahede aparilan isler bu cur qruplarin Azerbaycanda kok atmasina imkan vermir. Bir agaci koksuz ekseniz, o bir muddet yasil gorunecek. Ancaq bir azdan quruyacaq. Ona gore ki, onun koku yoxdur. Azerbaycanda da radikal qruplarin koku yoxdur.

Azerbaycan xalqi radikal qruplara menevi, siyasi terefden destek vermir ve vermeyecek. Radikal qruplar o yerde munbit serait elde edir ki, orada xurafat ve gerilik, elmi, dini baximdan ozunu gosterir. Biz xurafata yox deyen xalqiq. Ulu onder Heyder Eliyevin ve cenab Ilham Eliyevin yeritdiyi siyaset, Azerbaycanda dovlet-din munasibetleri ile bagli kompleks islerin gorulmesi Azerbaycan xalqini xurafatdan xeyli uzaqda saxlayir. Azerbaycanda radikal qruplar ne qeder korukleseler de, alisa bilmeyecekler. Kenardan kimse, hansisa formada iqtisadi destek vermis olsa da, hemin iqtisadi destek kulekde sovrulub geden esyaya cevrilecek.

- Azerbaycanda fealiyyet gosteren orta mekteblerde dini tehsile ehtiyac varmi?

- Biz bu meseleye defelerle toxunmusuq ve fikirlerimizi demisik. Orta mekteblerde butun dinler haqqinda melumatlar verilir. Bu dinler haqqinda melumatlar “Heyat bilgisi” kitabinda ve tarix dersliyinde var. Ortada bele bir ideya da var ki, belke yuxari siniflerde sagirdlere dunya dinleri haqqinda bir, ya da iki rub civarinda umumi kurs tedris olunsun. Bu ideya yeni deyil. Bu ideyanin lehine olan pedaqoqlar da var. Bu ideyani basqa cur tetbiq etmek isteyenler de var. Biz calisiriq ki, bizim sagirdlerimiz islam ve diger dinler haqqinda umumi bilgiye malik olsunlar. Ayrica din xadimleri yetisdirmek meselesi de var. Ozumuzun milli kadrlarimizi, milli din xadimlerimizi yetisdirmekle bagli mueyyen isler gorulur. Dini maarifcilik meselesi de gundemdedir.

Bizim komite terefinden seminarlar, konfranslar, deyirmi masalar heyata kecirilir. Dini maarifcilikle bagli Qafqaz Muselmanlari Idaresinin xetti ile de din xadimleri arasinda kurslar teskil olunur ve dovletin yuksek seviyyeli rehber kadrlari din xadimlerine muhazireler oxuyur.

- QMI-den soz dusmusken. Bele fikirler seslendirilir ki, QMI sizin komitenin bezi selahiyyetlerini yerine yetirir. Bu fikirlerle ne derecede razisiniz?

- Bu fikirlerle razi deyilem. QMI-nin bizim hormetli seyxulislamin rehberliyi ile gorduyu isler, selahiyyet daireleri, ozlerinin nizamnamesi var. Hemin nizamnameye uygun sekilde fealiyyet gosterirler. Bizim selahiyyetlerimiz de esasnameye uygun qurulub. Bizim fealiyyetimiz yalniz QMI ile mehdudlasmir, 600-e qeder icma ile yanasi, Azerbaycanda fealiyyet gosteren diger dini konfensiyalarla beraber heyata kecirilir.

Biz eyni zamanda xristian katolik, hemcinin yehudi icmasi ile, bu icmalarin burada olan rehberleri ile beraber isleyirik. QMI Azerbaycanda, butovlukde Qafqazda Qafqaz muselmanlarini ozunde birlesdiren bir qurum kimi imkanlara malikdir. Bizim selahiyyetlerimizde bir-birinin selahiyyetlerini qarisdirmaq yox derecesindedir. Bu barede metbuatin yazdiqlari ve soyledikleri kimlerinse sexsi mulahizeleridir.

- Azerbaycanda dini teblig eden kitablarin getirilmesine nezaret ne derecede ozunu dogruldur?

- Azerbaycanda nesr olunan butun kitablar, o cumleden dini kitablar bizde ekspertiza komissiyasindan rey alir. Orda rey aldiqdan sonra hemin kitablar Azerbaycana getirile, yaxud da nesr oluna biler. Eyni zamanda, bu ilden bizde nezaret markasi tetbiq olunacaq. Bu nezaret markasi da satisina ve dercine icaze verilen kitablara tetbiq olunacaq. Bele bir qayda basqa olkelerde de var.

- Bir muddet evvel muellim ve sagirdlerin hicab meselesi aktual idi. Hazirda muellim ve saigridlerin hicab taxmasina qadaga varmi?

- Azerbaycanda “Dini etiqad azadligi haqqinda” qanun var. Bu qanun dovlet-din munasibetlerini tam sekilde tenzimleyir. Bu qanunda ne yazilibsa, biz onu icra edirik. Azerbaycanda olan dini konfensiyalar da bu qanun esasinda fealiyyet gosterir. Azerbaycanda bu baximdan hec bir problem yoxdur. Azerbaycanda her bir sahenin fealiyyetini tenzimleyen qanunlar var. Meselen, tehsil sistemimiz “Tehsil haqqinda” qanunla tenzimlenir. “Dini etiqad azadligi haqqinda” qanun dovlet-din munasibetlerini tenzimleyir ve saire. Ona gore de Azerbaycanda hicabla bagli hec bir problem yoxdur. Bu movzu etrafinda kimlerse mueyyen sohbetler qaldirirlarsa, onlar ya qanunlari oyrenmir, ya da bundan sui-istifade etmek isteyir. Azerbaycanin her bir yerinde qadinlarimiz geyimlerini serbest sekilde ozu tenzimleyir. Bununla bagli kimse onlarin heyatina, fealiyyetine mudaxile etmir.

- Din xadimlerimize vahid formanin tetbiq edilmesi basa catdimi?

- Din xadimlerimize vahid formanin tetbiqi prosesi gedir. QMI bu isi heyata kecirmekdedir ve siz indi din xadimlerimizin resmi din xadimi libasinda gorursunuz. Duzdur, bu is tam basa catmayib, proses davam edir.

- Bir muddet once Azerbaycanda yas merasimlerinin debdebeli kecirilmesi meselesi gundemde idi. Hetta deye bilerik ki, yas merasimleri adi qaydada kecirilmeye baslamisdi. Amma son vaxtlar bezi yas merasimlerinde yeniden debdebeli sufrelerin acilmasi hallarina rast gelinir. Bu haqda ne deye bilersiniz?

- Yas merasimleri ile elaqedar bize gelen mektublarda kimlerinse debdebeli merasimler heyata kecirmesi haqqinda sohbetler yer alir. Hesab edirem ki, yas merasimlerinde israfciligin qarsisinin alinmasi uzre gorulen isler kifayet qeder semereli aparildi ve aparilmaqdadir. Yas merasimlerinde bizim ve QMI-nin cagirislari musbet netice verdi. Indi yas merasimlerimiz islami deyerlerimize uygun sekilde heyata kecirilmekdedir. Rayonlarimizin ekseriyyetinde tovsiyelerimizi nezere alaraq debdebeli sufre acilmir. Bezi vetendaslarimiz bilirler ki, yemek ehsanin formalarindan biri olsa da, esas deyil. Ehsan cox boyuk anlayisdir.

Ehsanin arxasinda cox genis fikirler dayanir. Vefat eden insan ucun yemek vermekle guya “ehsanla bagli ohdeliyimi yerine yetirdim” dusuncesi yanlisdir. Vefat eden insana gore 4 muhum isi gormek lazimdir. Onun cenaze namazi qilinmali, qusl olunmali, torpaga tapsirilmalidir. Bunlari edenden sonra yemek vermeye ehtiyac qalmir. Kimse yeniden debdebeli sufre acirsa, ele bil vefat etmis insanina yox, ozunu numayis etdirmeye yonelik bir hereket etmis olur. Hesab edirem ki, kimse ozunu numayis etdirmek isteyirse, vefat etmis insanindan istifade etmemelidir.

- Azerbaycanda diger dinlerin de numayendeleri yasayir. QMI-nin ve sizin komitenin cagirislari diger dinlere mensub olan insanlarin da yas merasimlerine samil olunurmu?

- Hemin cagirislar yalniz muselman sufrelerine aid deyil. Yehudi ve xristian meclislerine de aiddir. Biz onlarin rehberleri ile gorusmusuk, onlara da tovsiye etmisik. Onlar da hemin sahe uzre oz tesviqatlarini aparmaqdadir. Onu da deyim ki son zamanlar Qubada dag yehudilerinin yas merasimlerinde sufreye minimum sekilde teamlar qoyulur. Bu cagirisdir. Hec kim yas merasimlerinin kecirilmesini qadagan etmeyib.

Sufre arxasinda eylesende bir fincan cay icmekle debdebeli yemek yemeyin ferqi yoxdur. Siz bassagligi vermeye gelmisiniz, yoxsa yemeye?! Susamisinizsa, bir fincan cay size kifayet edir. Yox, sizi yemeye cagiriblarsa, bu artiq yas merasimi deyil, qonaqliqdir.

- Uzun illerdir sizi hem YAP-in funksioneri, hem de deputat kimi taniyirdiq. Maraqlidir, Dini Komiteye rehber teyin olunandan sonra deputatliq ucun darixmirsiniz ki?

- Insan gerek isini sevsin. Deputatligi heddinden artiq hormetli ve sevilen is saymisam. Secicilere xidmeti xalqa xidmet kimi boyuk nemet hesab edirem. Deputat olmaq cox mesuliyyetlidir. Men cenab Ilham Eliyevin sedri oldugu YAP-in uzvuyem. Dovletimizin her hansi bir tapsirigi menim ucun qanundur. Prezidentimizin dovlet idareciliyi ile bagli tapsirigi varsa, biz onu yerine yetirmeliyik. Bu is de menim deputatliq fealiyyetimin davami ola biler. Bu da ideoloji, tebligat isidir. Darixmaga geldikde, insan isini sevende darixmir. En esasi odur ki, isini sevesen, ona baglanasan.

- Etiraf edek ki, din sahesi size yad sahe idi. Indi bu isin icindesiniz. Maraqlidir, dini ayinleri ne derecede yerine yetirirsiniz? Namaz qilirsiniz?

- Size deyim ki, cox da yad sahe deyil. Humanitar tehsil almisam. Tarix fakultesini bitirmisem. Din haqqinda bilgilerim tam olmasa da, kifayetedici idi. Bir meseleni de bizim cemiyyetde hamimizin bilmesi gereklidir. Bu komite dovletin siyasetini heyata kecirir. Din xadimi gelib komiteni idare etmeli deyil. Dovlet siyasetini heyata keciren bir qurum olduguna gore komiteni dovlet memuru idare etmelidir. Dinimizin, o cumleden butun Qafqaz muselmanlarinin idareciliyi QMI-nin selahiyyetindedir. Bizim bezi vetendaslarda bele teessurat var ki, burada eylesen adam din xadimi olmalidir. Dinimizle bagli meseleleri yerine yetiren qurumumuz var. Burda ise dovlet-din munasibetlerini tenzimleyen ve bunun heyata kecirilmesini mueyyen eden cenab prezidentdir, qanunlardir. Bunun mueyyen etdiyi siyaseti reallasdiran memur olmalidir. Burda calisan mutexessislerin xeyli hissesi BDU-nun ilahiyyat fakultesini bitirib. Amma onlar da dunyevi adamlardir.

Burada rehberlikde temsil olunan sexsin ise hansi sahenin numayendesi olmasi onemli deyil.

- Demeli, namaz qilirsiniz?

- Islam dininin boyuk ustunluyu nedir? Deyim, siz de bunu birdefelik qebul edin. Islam dininde Allahla bende arasinda vasiteci yoxdur. Islam dininde her kes Allah qarsisinda ozu cavab verir. Yeni axiretde siz menim, men de sizin evezinize cavab vermeyecem. Islamin da direyi namazdir. Islamin muxtelif ayinleri var.

Muselman olan sexs yerine yetirib-yetirmirse, o onun daxili alemine baglidir. Bununla elaqedar insanlara sual vermek mentiqli deyil. Eslinde men size sual vere bilmerem. Oruc tutursunuzmu? Zekat verirsinizmi?

Namaz qilirsinizmi? Hecc ziyaretine niye getmemisiniz?. Bele suallari insanlara yonelde bilmezsiniz. Bezi adamlar oruc tutduqlarini deyirler. Bunu aleme car cekmesi normal deyil. Sen oruc tutmalisan. Tutursansa, bunu deyende artiq ozunu reklam etmis olursan. Oruc tutmagin diger bendeye dexli yoxdur. Bu genis movzudur. Sadece, qisa danisdim.

- 2014-cu ilin statistikasina gore dunyaya gelen usaqlarin coxuna verilen adlar dini adlar olub. Mehemmed, Xedice, Fatime Yusif ve saire. Yeni dogulan usaqlara dini adlarin verilmesi dogrudur?

- Insana ad qoyulmasi valideynin huququdur. Valideynler ad secerken ovladlarinin geleceyini dusunurler.

Bezen insanlara verilen adlar ozunu dogruldur, bezen yox. “Dede Qorqud” dastaninda turk-oguz geleneyine gore adi heddi-buluga catanda dogrultdugu fealiyyetine gore vererdiler. Indi ise resmi olaraq her bir usaga dogulanda ad verilir. Duzdur, vetendas aktlari uzre idarede adlarla bagli siyahi var.

Gelecekde ovladinizi asagilayan, etrafdakilarin yaninda gulus hedefine cevirecek bir ad qoymaq istseniz, imkan vermeyecekler. Bu da mentiqlidir. Burda bir serhed var. Hemin hududu kecmek olmaz. Dusunurem ki, bu gun islam ovliyalarinin adlarini ovladlarina veren valideynlere hormetle yanasmaq lazimdir. Secim valideynlerindir. Nesilden-nesle gelen bir enenedir.

- Muavininiz olan Seyyad Aran da bir defe deputat secilib, parlamentde bir yerde calismisiniz. Indi yene bir yerdesiniz. Bildiyimize gore, Seyyad Aranla sexsi munasibetleriniz de yaxsi olub. Maraqlidir, indi bir yerde nece calisirsimiz?

- Dogru qeyd etdiniz. Seyyad Aranla hem deputat, hem de YAP-da birge calismisiq. Indi de Dini Komitede calisiriq. Bizim sexsi munasibetlerimiz nece vardisa, ele de davam edir. Bu munasibetler is prosesinin gedisine daha da musbet tesir gosterir.

- Dini Komitenin rehberi kimi isiniz coxdur, yoxsa YAP-da vezifede olanda, deputat kimi fealiyyet gosterende cox isleyirdiniz?

- Deputat olanda en azi 40-45 mine yaxin secicini temsil edirik. Hem deputat, hem de YAP-in icra katibinin muavini kimi vetendaslarla daha cox temasda olurdum. Deputat kimi secicilerden gelen mektublar cox olub.

Bu gun de bezileri mene deputat kimi muraciet edir. Dini Komiteye geldikde, burada cox boyuk mesuliyyet teleb olunur. Burada cemiyyetin muxtelif qatlari ile isleyirik. Cenab prezidentin tapsirigi ile hokumet uzvleri, nazirler, komite sedrleri regionlarda vetendaslari qebul edir. Men de buraya geldikden sonra ayda bir defe regionlarda qebullar kecirirem. Qebula gelenler esasen Dini Komiteye aid meselelerle muraciet edirler.

Bunlarin bir coxunu hell etmisik. Bize aid olmayanlar ise muvafiq qurumlara gonderilir. Ne ise, muqayise etmek qusurlu ola biler. Ona gore de deye bilerem ki, buranin, Milli Meclisin ve partiyanin da ozunemexsuslugu var. Ancaq en baslica mesele verilen tapsirigi yerine yetirmekdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR