Azərbaycan Dillər Universitetinin rektoru Rumıniyaya səfər edəcək

Azərbaycan Dillər Universitetinin rektoru Rumıniyaya səfər edəcək
06:52 14 Fevral 2018
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Buxarest. 14 fevral. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Kluj şəhərinə səfər edəcək.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna Rumıniyanın Azərbaycandakı sabiq səfiri, professor Tahsin Cəmil məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyəti Kluj şəhərindəki Babeş-Bolyai Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.
“Ötən gün universitet Senatı ADU ilə saziş layihəsini təsdiq edib və rəhbərlik etdiyim Türkologiya İnstitutunun nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq”, - deyə T. Cəmil bildirib.
Rumıniyanın aparıcı ali təhsil ocaqlarından biri olan Babeş-Bolyai Universitetində hazırda dünyanın 18 ölkəsinin mədəniyyət mərkəzi fəaliyyət göstərir.
“Babeş-Bolyai Universiteti bir daha sübut edir ki, bu təhsil ocağı Rumıniayda multikultural bir ali təhsil ocağıdır. Burada 4 ilahiyyət fakültəsi fəaliyyət göstərir. Ali təhsil ocağında açılacaq Azərbaycan Mədniyyət Mərkəzi isə sayca 19-cu olacaq. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsini təklif etdiyim mərkəzdə istərdim ki, rumın tələbələr Azərbaycan dili, ölkənizin tarixini və ədəbiyyatını öyrənsinlər”, - deyə o, əlavə edib.
T.Cəmil vurğulayıb ki, gələcəkdə tələbələr arasında kifayət qədər maraq yaranarsa “Azərbaycan dili və ədəbiyyatı” fakülətsinin açılması məsələsi ali təhsil ocağının rəhbərliyi qarşısında qaldırıla bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycan-diller-universitetinin-rektoru-ruminiyaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR