Bu gün "Real Madrid" və PSJ komandaları qarşılaşacaqlar

Bu gün "Real Madrid" və PSJ komandaları qarşılaşacaqlar
07:02 14 Fevral 2018
173 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçiriləcək.
“Report” xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq. Qarşılaşmalardan biri İspaniyada, digəri Portuqaliyada reallaşacaq. Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edəcək.
La Liqada 42 xalla 4-cü pillədə qərarlaşan və lider “Barselona”dan 17 xal geri qalan “Kral klubu” üçün cari mövsüm heç də yaxşı keçmir. Komandanın baş məşqçisi Zinəddin Zidanın aqibəti fransızlarla dueldən asılıdır. PSJ isə böyük pulların müqabilində qitənin ən nüfuzlu klub turnirində qalib olmağı hədəfləyib.
Madrid təmsilçisinin heyətində Daniel Karvahal cəza, Xesus Vallexo isə zədə üzündən meydana çıxa bilməyəcək. Dani Sebalyosun durumu isə sual altındadır. PSJ-də isə zədəli Kevin Trappın oynamayacaq. Digər zədəlilər - Edison Kavani, Tyaqo Motta və Leven Kyurzavanın qarşılaşmada iştirak edib-etməyəcəkləri dəqiq bilinmir.
Günün digər qarşılaşması Portuqaliyanın “Portu” və İngiltərənin “Liverpul” kollektivləri arasında olacaq. Ölkə çempionatının lideri olan meydan sahibləri ilk matçda müsbət nəticə əldə etmək arzusundadırlar. Cütün favoriti sayılan qonaqlar isə səfərdən sərfəli hesabla qayıtmaq istəyirlər.
“Portu”da Felipe Monteyro cəzalıdır. Zədədən əziyyət çəkən İvan Markano, Andre Filipe Braş və Vensan Abubakarın durumuna matç ərəfəsində aydınlıq gələcək. “Liverpul”da isə iki itki var. Emre Can cəza, Nataniel Klayn isə zədə üzündən görüşdə iştirak etməyəcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral


23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)
Baş hakim: Canluka Rokki
23:45. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-real-madrid-ve-psj-komandalari-qarsilasacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR