Putin və Poroşenko telefonla danışdı

Putin və Poroşenko telefonla danışdı
07:24 14 Fevral 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub. APA-nın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna  prezidenti Administrasiyasından bildirilib.  

 

“Ukrayna prezidenti rusiyalı həmkarı ilə telefon danışığı aparıb. Danışıq zamanı ukraynalı girovların azad edilməsi prosesinin fəallaşdırılması, xüsusən, işğal olunmuş ərazilərdə əsir sərhədçilərin mübadiləsi və ukraynalı hərbçilərin azad olunması məsələsi müzakirə edilib. Həmçinin Normand Dördlüyü ölkələrinin XİN rəhbərlərinin Münhendə fevralın 16-da keçiriləcək görüşünün gündəliyi müzakirə  olunub”, - deyə Ukrayna prezidentinin mətbuat xidmətindən bildirilib.

 

Ukrayna  prezidenti Administrasiyasından bildirilib ki, telefon danışığı Normand formatı üzrə tərəfdarlarla əlaqələndirilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR