Lexus sirri açdı - FOTO

Lexus sirri açdı - FOTO
22:27 10 Yanvar 2015
286 Maraqlı
Ölkə mətbuatı
A- A+

Detroyt motor-şousuna bir neçə gün qalmış, “Lexus” GS F idman modifikasiyasının sirrini açdı. Biznes sinfinə məxsus sedan bazarda, ilk növbədə, “BMW M5” və “Mercedes-Benz E63 AMG” ilə rəqabət aparacaq. Yenilik debütdən bir neçə ay sonra satışa çıxarılacaq. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, “Lexus GS F”-in kapotu altında 467 a.g. olan 5,0-litrlik atmosferli mühərrik yerləşdirilib. Mühərrik 8-pilləli avtomatik sürət qutusu ilə birgə işləyəcək. Texniki göstəricilərinə görə bu mühərrik birbaşa rəqiblərin qüc qurğularından zəifdir. 
 
Misal üçün demək olar ki, “BMW M5”-in mühərriki 552 a.g., “Mercedes-Benz E63 AMG”-nin mühərriki isə 550 a.g. verir. Lakin “GS F” bu rəqiblərdən kifayət qədər yüngüldür. 
 
Onun tam çəkisi “BMW M5”-dən 115 kq, “Mercedes-Benz E63 AMG”-dən isə 195 kq yüngüldür. 
 
Yeni “Lexus GS F”-in dinamik xarakteristikasından hələlik məlumat yoxdur. 
 
Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR