ABŞ Avropaya ordu göndərir

ABŞ Avropaya ordu göndərir
22:42 10 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanda hərbi əməliyyatlar başa çatdıqdan sonra ABŞ Avropaya 150-dən çox zirehli texnika və 3 min hərbçi göndərməyi planlaşdırır.
 
MilliAz axar.az-a istinadən bildirir ki, bu barədə “Hiss” (“The Hill”) nəşrinə açıqlamasında ABŞ quru qoşunları komandanı general-leytenant Frederik Ben Xoces deyib.
 
Generalın sözlərinə görə, 150-dən çox tank və hərbi texnika 2015-ci ilin sonuna qədər Almaniyaya çatdırılacaq.
 
“2015-ci ilin sonuna ədər biz “Bredli” tipli zirehli texnika və tankı, özüyeriyən artilleriya qurğularını, mühəndis maşınını, 3 batalyon və və eskadrilya, həmçinin təhlükəsizlik sistemini yerləşdirəcəyik , deyə Xoces bildirib.
Nəşrin iddiasına görə, bu tədbirlər Rusiyanın Ukraynanın şərqinə yerləşdirdiyi hərbi texnikadan Avropanın qorunmasına xidmət edəcək.
 
Generalın sözlərinə görə, hazırda Avropa Birliyi ölkələrində 67 min amerika əsgəri xidmət edir: “Əfqanıstandan çıxan birinci briqadanın 3 diviziyası Avropaya payıza qədər yerləşdiriləcək”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/52143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR