Bakıda uşaq bağçasında yanğın

Bakıda uşaq bağçasında yanğın
22:44 10 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın  Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib. Nəticədə  mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, "BEKO" markalı paltaryuyan maşın və kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR