Bakıda bağçada yanğın

Bakıda bağçada yanğın
23:06 10 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın paytaxtın Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib.

Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, "BEKO" markalı paltaryuyan maşın və kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR