Bakıda məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında yanğın olub
23:17 10 Yanvar 2015
195 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda hazırda fəaliyyət göstərməyən ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində məskunlaşmış, Cəbrayıl rayon məcburi köçkününə məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilində baş verib. Nəticədə mənzilin mətbəxində mətbəx mebeli 4 kv.m sahədə, "BEKO" markalı paltaryuyan maşın və kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/51937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR