Volvo yeni krossover göstərəcək - FOTO

Volvo yeni krossover göstərəcək - FOTO
23:22 10 Yanvar 2015
258 Maraqlı
Ölkə mətbuatı
A- A+

“Volvo” Detroyt motor-şousunda sedan S60-ın bazasında yeni yolsuzluq avtomobili təqdim edəcək. Yenilik Avropa bazarında satışa yay fəslindən tez çıxarılmayacaq. Avtomobil 180-dən 304 a.g.-ə qədər gücü olan benzin və dizel mühərrikləri ilə təchiz ediləcək.
 
Milli.Az auto.az-a istinadən bildirir ki, güc aqreqatları standart S60-da olan mühərriklərdən fərqlənəcək. Bunlardan krossover “XC60”-da istifadə edilir. Məsələn, bu, 215 a.g. olan 2,4 litrlik turbo dizel mühərrikidir. 
 
Yenilik baza sedanı “Volvo S60”-dan plastik qoruyucu asma ilə fərqlənir. Bundan əlavə, avtomobildə klirens çoxalacaq. Qeyri-rəsmi məlumatlara görə, söhbət əlavə 65 mm-dən gedir. Beləliklə, yeniliyin klirensi 201 mm olacaq.
 
“Volvo”ötən ilin noyabrında Los-Ancelesdə keçirilmiş motor-şouda daha bir yolsuzluq avtomobilini – universal “V60 Cross Country”-ni təqdim etmişdi. Hətta baza variantında avtomobil dağdan düşmək üçün elektron köməkçi sistemlə təchiz edilir. 
 
Model üçün tam ötürücü opsiya şəklində əldə edilə bilər. “V60 Cross Country” üçün mühərriklər sırasına “Drive-E” ailəsinə mənsub 2,0-litrlik benzin və dizel mühərriklər daxildir.
 
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR