General Putini müharibədən saxlayan İKİ AMİLİ AÇIQLADI

General Putini müharibədən saxlayan İKİ AMİLİ AÇIQLADI
13:03 17 Fevral 2018
211 Dünya
Ölkə mətbuatı
A- A+

Növbəti prezident seçkiləri və futbol üzrə dünya çempionatı Kremli Ukrayna barəsində son məqsədlərinə çatmaq istəyindən saxlayan amillərdir.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko bildirib.

“Amma bu o demək deyil ki, onlar prinsip etibarilə özlərinin son məqsədindən imtina edirlər. Məqsəd Ukraynanı idarə etmək və öz peykinə çevirməkdir”, - general əlavə edib.

Romanenko əmindir ki, Rusiya prezidenti Vladimir Putin öz hədəfinə nail olmayıb.

“Bu, onu qane etmir və müxtəlif yolları axtarır. Hələ ki onun üçün yalnız bir yol görünür: hərbi təcavüz”, - general vurğulayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR