Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru vəfat edib

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru vəfat edib
16:37 17 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli vəfat edib.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aktyor fevralın 16-da xəstəxanada dünyasını dəyişib. 
Mərhum Kürdəmir rayonunda dəfn edilib.
Qeyd edək ki, Ş.Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə "Lider" telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/sumqayit-dovlet-dram-teatrinin-aktyoru-ve-rejissoru-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR