Misir ordusu antiterror əməliyyatları

Misir ordusunun Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi “Sinay 2018” antiterror əməliyyatı davam edir.

Metbuat.az xəbər verir ki, ölkənin hərbi hava qüvvələri tərəfindən terrorçuların 8 obyektinə zərbə endirilib və onlar tam məhv edilib. Əməliyyat nəticəsində 3 ekstremist öldürülüb.

Bəyanatda qeyd olunur ki, Sinayın şimalında keçirilən əməliyyat zamanı daha dörd terrorçu məhv edilib, 45 partlayıcı qurğu zərərsizləşdirilib, terrorçuların gizləndiyi sığınacaqlar və silah-sursat bazaları ələ keçirilib. Bazalarda 7 ton narkotik maddə aşkar edilib.

Antiterror əməliyyatı zamanı, həmçinin terror törətməkdə şübhəli bilinən 408 nəfər saxlanılıb.

Qeyd edək ki, Prezident Əbdülfəttah əs-Sisinin tapşırığına uyğun olaraq Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzi hissəsində, həmçinin Nil çayının deltasında və qərbdəki səhralıq rayonlarda fevralın 9-dan etibarən irimiqyaslı “Sinay 2018” antiterror əməliyyatı keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR