ABŞ-da yarım milyon insan küçələrdə

Dünyanın ən güclü iqtisadiyyatına malik Amerika Birləşmiş Ştatlarında təqribən 550 min nəfər küçələrdə yaşayır.

Metbuat.az-ın məlumatına görə, onların arasında qadınlar və uşaqlar da var. Bu il qışın daha sərt keçməsi evsizlər üçün ciddi çətinliklər yaradıb. Ən çox evsizin yaşadığı bölgə isə 20 milyon əhaləsi olan Nyu-Cersi ştatıdır. Bu əyalətdə 86 min insan küçələrdə yaşayır.

Bildirilir ki, məskunlaşmağa yerləri olmayan şəxslər üçün ölkə miqyasında müvəqqəti sığınacaqlar yaradılsa da, bu tələbi qarşılamaq üçün kifayət etmir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR