İsrail polisi yenə güc tətbiq etdi -

İordan çayının qərb sahili və Qəzza zolağında Amerika Birləşmiş Ştatlarının Qüdslə bağlı qərarına qarşı növbəti dəfə irimiqyaslı etiraz aksiyaları keçirilib.

Metbuat.az-ın məlumatına görə, narazı fələstinlilər yolları bağlayaraq, müxtəlif şüarlar səsləndirib. İsrailin təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün rezin güllə və göz yaşardıcı qazdan istifadə edib. Nəticədə 170 fələstinli xəsarət alıb.

Onlardan bəzilərinin vəziyyəti ağırdır. Bir neçə nümayişçinin nəzarətə götürüldüyü bildirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR