Azərbaycanın yeniyetmə cüdoçuları İspaniyada 1 qızıl və 1 gümüş medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları İspaniyada 1 qızıl və 1 gümüş medal qazanıblar
00:02 18 Fevral 2018
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyan Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
“Report” xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıblar.
Qızlar arasında 44 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova İspaniya, İtaliya, Fransa və Rusiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə İtaliya təmsilçisi Silvio Draqonu məğlub edən Vüsalə İspaniyada çempion olub.
Oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində yarışan Mirağa Hacıyev İsrail, İtaliya, İspaniya, Rusiya və Fransa təmsilçiləri üzərində qələbə qazanaraq finala çıxıb. Finalda İsrail idmançısı Ariel Şulmana uduzan cüdoçumuz gümüş medala layiq görülüb.
İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-yeniyetme-cudoculari-i-spaniyada-1-qizil-ve-1-gumus-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR