Türkiyə ordusunun iki əsgəri şəhid olub, biri yaralanıb

Türkiyə ordusunun iki əsgəri şəhid olub, biri yaralanıb
02:52 18 Fevral 2018
142 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə silahlı qüvvələrinin iki əsgəri həyatını itirib, biri yaralanıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəhbərliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, hərbçilərdən biri Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı zamanı şəhid olub. Separatçı terror təşkilatı mənsubları tərəfindən Şemdinlidə (Hakkari əyaləti) həyata keçirilən silahlı hücumda isə bir əsgərin şəhid olduğu, digərinin isə yaralandığı deyilir.
Eyni zamanda Afrindəki terror təşkilatı yaraqlılarının mövqelərindən atılan raket, Kocabeyli kəndi yaxınlığında bir evin bağına düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ordusunun-iki-esgeri-sehid-olub-biri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR