Tacikistan "ASAN xidmət" təcrübəsini öyrənməkdə maraqlıdır

Tacikistan "ASAN xidmət" təcrübəsini öyrənməkdə maraqlıdır
03:57 18 Fevral 2018
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Fərrux Xəmrəlizadə ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə yerli "Xovar" milli informasiya agentliyinə komitənin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilir ki, görüş zamanı iqtisadi münasibətlərin cari məsələləri və perspektivli inkişaf istiqamətləri müzakirə olunub.
Tərəflər həmçinin investisiya mühiti, birgə müəssisələrin yaradılması, biznes forumların və digər müvafiq tədbirlərin keçirilməsi sahəsində qarşılıqlı faliyyətin möhkəmləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Sonda F.Xəmrəlizadə və H.Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "ASAN xidmət" mərkəzinin fəaliyyətini müzakirə ediblər. Tacikistan tərəfi bu mərkəzin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu ifadə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tacikistan-asan-xidmet-tecrubesini-oyrenmekde-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR