Venesuelada təyyarə evin üzərinə düşüb, 1 nəfər yanaraq ölüb

Venesuelada təyyarə evin üzərinə düşüb, 1 nəfər yanaraq ölüb
07:07 18 Fevral 2018
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Şənbə günü Venesuelanın Bolivar ştatında kiçik təyyarənin yaşayış evi üzərinə düşməsi nəticəsində bir nəfər həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Venesuelanın Mülki Müdafiə Xidməti məlumat yayıb.
"Cessna" təyyarəsi evin üstünə Südad-Bolivar şəhərində düşüb. Ardınca hadisə yerində yanğın başlayıb.
Xilasedicilərin ilkin məlumatına görə, təyyarənin pilotu yaralanıb, onun sərnişini - təyyarənin məxsus olduğu şirkətin sahibi alovda yanaraq ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelada-teyyare-evin-uzerine-dusub-1-nefer-yanaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR