"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan edib

"Sportinq" rəhbərliyi klub işçilərinə TV-yə baxmağı qadağan edib
09:02 18 Fevral 2018
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Lissabonun "Sportinq" klubunun prezidenti Brunu de Karvalyu tutduğu vəzifəyə yenidən seçilib.
“Report” xəbər verir ki, o, bu təyinatdan sonra işçilərlə keçirdiyi müşavirədə bir sıra gözlənilməz qaydalar elan edib.
"Biz — sportinqçilərik və biz sübut etdik ki, sükut daha çox səs-küyə səbəb olur. Mən bizi daha az riskə atacaq dəyişikliklərin tərəfdarıyam: sosial şəbəkələrdən az istifadə etmək, həmçinin biz bu gündən daha idman qəzetləri almırıq, klub kanallarını çıxmaq şərti ilə, heç bir yerli televiziya kanalına baxmırıq. İndi KİV bizə başqa cür yanaşacaq", - deyə "Maisfutebol" nəşri De Karvalyunun sözlərini sitat gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sportinq-rehberliyi-klub-iscilerine-tv-ye-baxmagi-qadagan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR