"Barselona" öz rekordunu təkrarladı

"Barselona" öz rekordunu təkrarladı
09:53 18 Fevral 2018
146 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" futbolçuları La Liqanın 24-cü tur oyununda "Eybar"ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, "Eybar"a qarşı keçirilən matç (2:0) "Barselona" üçün ardıcıl 31-ci məğlubiyyətsiz oyun olub.

Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.

"Barselona" cari mövsümdə İspaniya çempionatının lideridir. Komandanın 62 xalı var. Onları 10 xal geridə olan "Atletiko" izləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/231598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR