YENİLİK: internetdə evlənmək mümkün olacaq

YENİLİK: internetdə evlənmək mümkün olacaq
12:03 18 Fevral 2018
107 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın gələcəkdə Rusiyada internet vasitəsilə evlənib-boşanmaq mümkün olacaq.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, məsafəli evlənmə və ya boşanma vahid dövlət portalında yaradılan “şəxsi kabinet” vasitəsilə baş tutacaq. Evlənmək istəyənlər üçün internet VVAQ-da gün təyin olunacaq, sonra online olaraq nikah kəsiləcək. Eynilə boşanmaq istəyənlər də bu xidmətdən yararlana biləcəklər. Amma bunun üçün kart vasitəsilə xidmət haqqı da ödəniləcək.

Hesab edilir ki, belə üsul vasitəsilə vaxt itkisi və əlavə xərclər də aradan qalxar.

Qeyd edək ki, ruslar indiyədək həmin portal vasitəsilə kommunal haqları, cərimələrini, kreditlərini ödəyə bilirdilər. Artıq evlənib-boşanmaların da portala əlavə edilməsi “Vahid pəncərə” sisteminin daha da genişləndirilməsi məqsədi daşıyır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR