Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var

Sumqayıtda yol qəzası baş verib, xəsarət alanlar var
12:17 18 Fevral 2018
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt. 18 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
Belə ki, Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə avtomobilin birində olan 4 qadın - 1977-ci təvəllüddlü Kəmalə Hacıbala qızı Baxışova, 1980-ci il təvəllüdlü Səbinə Məzahir qızı Həsənova, 1984-cü il təvəllüdlü Aynurə Teymur qızı Hətəmova, 1984 -cü il təvəllüdlü Gülüstan Novruz qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıblar. İlkin müayinə olunan yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR