ABŞ Türkiyə ilə bağlı xəbərlərə inanmadığını bəyan etdi

ABŞ Türkiyə ilə bağlı xəbərlərə inanmadığını bəyan etdi
12:19 18 Fevral 2018
92 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Vaşinqton Türkiyənin Afrin əməliyyatı zamanı kimyəvi silah tətbiq etməsi iddialarına münasibətini açıqlayıb. Lent.az xəbər verir ki, “Asoşeyted Press”ə açıqlama verən ABŞ rəsmisi bu iddiaları “son dərəcə reallıqdan kənar” adlandırıb. O, bildirib ki, Türkiyənin qadağan edilmiş silahdan istifadəsini sübut edə biləcək heç bir dəlil yoxdur.

 

 

Qeyd edək ki, bir neçə gün əvvəl Suriyanın rəsmi SANA xəbər agentliyi Türkiyə hərbi qüvvələrinin Afrinin Mezyene kəndi yaxınlığında zəhərli qazdan istifadə etdiyini və 6 nəfərin xəstəxanaya yerləşdirildiyini yazmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR