Azərbaycanda banklar 11 milyard manatdan artıq kredit verib

Azərbaycanda banklar 11 milyard manatdan artıq kredit verib
14:08 18 Fevral 2018
Ölkə mətbuatı
A- A+

2018-ci il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 757,8 milyon manat təşkil edib.

Publika.az-ın Trend-ə istinadən məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/231614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR